Hadi Şəfaiyyə

Yetmiş il əvvəl “Moholy-Nagy” demişdir: Sabahın savadsızı, şəkil çəkməyi bilməyənlərdir.
Moholy-Nagy, Macarısatanlı alim, sənətkar, “Bauhaus” adına. Memarlıq və tətbiqi incəsənət ali məktəbinin professoru, fotoqraf, rəssam, memar və heykəltəraşdır. Bauhaus 1919 -cu ildən, 1933 -cü ilə kimi rəssamlıq, təsviri incəsənət sahəsində xeyli tələbə yetişdirmişdir. Rəssam, dizayn və texnologiya arasında əlaqə yaranmasında mühüm rol oynamışdır. Bu gün, onun dediyi “Sabah”dır!
Rəssam Moholy-Nagyın dediyini nəzərə alsaq, “Paşa”nın, “təsvir savadı” vardır. Paşa həmin savadı, yazı savadıyla yanaşı bu məcmuədə bizə numayiş etdirib. Paşanın söz və şəkil ummanı o qədər dərin və sonsuzdur ki, bu haqda yazmağa günlər çabalasam da, bir yerə çatmırdım. Foto çəkməyə başladığım ilk illərdə paşanın məcmuəsi kimi bir əsər yaratmğa çox can atdım. Yüksək şəxslərlə əlaqədə olan nəşr evləri, qazet və gündəlik sahiblərindən kömək istədim. Hədəfimi
yüksək bilib, bəh- bəh dedilər, amma kimsə bu yolda əlimi tutmadı. Tək, tənha və yalnız qaldım. Amma Paşa, səbr ilə dəyanətlə, dərin həvsələ, tək qalsa da, çalışmaqdan əl çəkməyib, ölkəmizin tanınmış alimlərin, layiqli ziyalıların görkəmlərini, öz güclü qələmi ilə öz formasında kağız üzrə köçürüb, işıqlandırıb, bizim üçün ərməğan edib. - O Təqdirə layiq bir iş görmüş! Böyük sayda yüksək sənət və mədəniyyət ustalarının görüşünə getmək, onlarla münasibətdə olmaq, yaşayışlarıni bilmək, həyat tərzini, sənət və xarakterlərini düşünmək və… son qərara gəlib, onları yazı və şəkil dili ilə çəkib əbədiləşdirmək… Seçmək, araşdırıb, tapmaq və axıcı dili ilə, şişirtmədən, onların haqqında səmimi şəkildə yazı yazmaq və uyğun nöqtədən şəkillərini çəkmək… Gah çox yaxın, gah da çox uzaqdan, qartal baxışıyla onlara baxmaq… Mən Hadi idim, bu işi bacarmadım… Paşa hökmən bacarmalıydı və bacardı da!
Paşadan başqa əsərlər və yeni yaradıcılıqlar umuram. Allah köməyi olsun!  

 

 Hadi Şəfaiyyə 

Tehran uninversitesinin və incəsənət uninversitesinin, təqaüdçü professoru.
İran fotoqrafiya təlimi akademiyasının sabiq direktoru.
İran fotoqrafiyasının banisi və mənəvi atası

Dablin- ohayo
Hadi Şəfaiyyə

                                                            

Kərim Məlik Mədəni

Kərim Məlik Mədəni                                                                                                                                                    Fotoqraf. Pedaqoq                         

                              

Paşa ürəklərə yol tapmağı yaxşı bacarır. Onun yüksək düşüncəsi

təqdirə layiq yaradıcılıqdan hekayəsi var.

 

Hüseyn Kərimi Mərağayi

Hüseyn Kərimi Mərağayi
Satıra və Mərsiyə şairi


Paşa iranın güclü sənətkarıdır, bacarıqlıdır, fotoqrafiyada adı

uca zirvəyə yazılmalıdır.

Fəxriddin Fəxriddini

Fəxriddin Fəxriddini

                                                                                                                                      
Fotoqraf, Rəssam
Mən düşünürəm ki, Paşa gələcəyə zəngin bir dəfinə toplayır. İstəyir bu          

dövrün bədii və mədəni güclərini bir yerdə əbədiləşdirsin.

 

Rəhbər Qənbəri

Rəhbər Qənbəri                                                                                                                 

 Rejissour, Senarist 

O işıqdan danışır, ürəyi barmağında çırpınır, gözlərində

ulduzlar parlayır

 

More Articles...